Azərbaycan Banklar Assosiasiyası (ABA) və Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi (ƏSTİB) arasında görüş keçirilmişdir

21 may 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi (ƏSTİB) arasında görüş keçirilmişdir.

Görüş zamanı Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyinin (ƏSTİB) sədri Mirzə Məmməd Vəliyev görüşün təşkilinə və əməkdaşlığa görə Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyevə öz təşəkkürünü bildirmişdir.Görüşdə hər iki ictimai birlik arasında birgə layihələrin təşkili, əlilliyi olan şəxslərin özünəməşğulluq proqramlarına cəlb edilməsi və onlara zəruri dəstəyin göstərilməsi məsələləri müzakirə edilmişdir. Eyni zamanda bu yaxınlarda açılışı olmuş Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi (ƏSTİB) nəzdində fəaliyyət göstərən Paratrap Atıcılıq İdman növü üzrə Klub haqqında məlumat verilmiş, klubun gələcək fəaliyyətində ABA ilə əməkdaşlıq çərçivəsində müvafiq dəstəyin göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı