Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) üzvləri arasında onlayn görüş keçirilmişdir

11 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) üzvləri arasında onlayn görüş keçirilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) birgə istehlak kreditləri götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi halında həyat sığortası mexanizmlərinin tətbiqi üzrə layihə həyata keçirir.

Görüş zamanı layihənin növbəti mərhələsi olan “Kredit Həyat Sığortası” ilə bağlı təşviqat kampaniyasının aparılması məsələsi müzakirə edilmişdir. Məhsulun hədəf kütləsi istehlak kreditlərindən istifadə edən əhali qrupu olduğunu nəzərə alaraq, bankların sosial şəbəkə hesablarında, veb saytlarında, filial daxili reklam materiallarında və s. “Kredit Həyat Sığortası” məhsulu haqqında geniş məlumatın çatdırılması mövzusuna toxunulmuşdur.

Sözügedən məsələlərin müzakirəsi və icrası ilə bağlı olaraq “Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”u yaradılmışdır.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 24 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı