Azərbaycan Banklar Assosiasiyası Al Hidayah Group və Malayziya Səfirliyi ilə görüş keçirib

12 dekabr 2025-ci il tarixində  Azərbaycan Banklar Assosiasiyasında (ABA) Al Hidayah Group və Malayziyanın Azərbaycandakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) rəhbəri Əzizağa Haxverdiyev və Biznesin İnkişafı Meneceri Nəriman İmranov iştirak ediblər.

Qarşı tərəfi Al Hidayah Group-un sədri Dato’ Ku Jaafar Ku Shaari, D8-CEFC-in icraçı direktoru Muhammad Asyraf Baharin, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Mohd Riza və səfirliyin birinci katibi Nurul Ain Mohammad Fadhil təmsil ediblər.

Görüş zamanı islam bankçılığı və islam maliyyəsinin inkişaf perspektivləri, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də institusional əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər islam maliyyə institutları arasında təcrübə mübadiləsinin genişləndirilməsi, kadr hazırlığı və təlim proqramları, həmçinin potensial birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb və gələcək əlaqələrin genişləndirilməsi ilə bağlı razılıq ifadə ediblər.

Related posts

Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı