Azərbaycan Banklar Assosiasiyası ilə Türkiyə İştirakçı Banklar Birliyi arasında görüş keçirilmişdir

3 mart 2023-cü il tarixində Türkiyə İştirakçı Banklar Birliyi (Türkiye Katılım Bankaları Birliği – TKBB) nümayəndələrinin Bakıya səfəri çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev ilə görüş keçirilmişdir.

Görüş çərçivəsində iki ölkənin bankçılıq sektoruna dair vacib irəliləyişlər və ölkələr arasındakı İslam maliyyə sektorunun cari vəziyyəti və mümkün sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Sonda iki Birlik arasında Anlaşma Memorandumu imzalanmışdır. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı Assosiasiyanın üzvüdür.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı