Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosisasiyasının üzvləri arasında növbəti onlayn görüş keçirilib

6 sentyabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) üzvləri arasında onlayn görüş keçirilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Azərbaycan Sığortaçılar Assosisasiyası (ASA) birgə istehlak kreditləri götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi halında həyat sığortası mexanizmlərinin tətbiqi üzrə layihə həyata keçirir.

“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədri Niyaz İsmayılovun da iştirakı ilə baş tutan görüş zamanı sözügedən məsələ ilə bağlı banklardakı cari status və gündəmdə olan məsələlər müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

atb card debit kartlarının xidmət haqları üzrə tariflərdə yenilənmə

“Rəqəmsal transformasiya və fintex” mövzusunda praktiki təlim keçirilib

İstanbulda Azərbaycan – Türkiyə enerji əməkdaşlığının ikitərəfli və çoxtərəfli formatlarda inkişafı müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı