Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Sosial sığorta haqları üzrə daxilolmalar 10,4% artıb - BBN

Sosial sığorta haqları üzrə daxilolmalar 10,4% artıb

2024-cü ilin yanvar-avqust ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 724,6 milyon manata yaxın təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4% və ya 350 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 2,5 milyard manata yaxın olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% artaraq 133,5 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,6% artaraq 100,8 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% artaraq 659,4 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,4% artaraq 468,4 milyon manat təşkil edib.

Related posts

Bakıda əmtəə birjasının yaradılması təklif olunur

ARDNF-in aktivləri 73,5 milyard dollara yaxınlaşıb – rübdə gəlir və xərclər açıqlanıb

ARDNF I rübdə 21,9 ton qızıl satıb, ehtiyatlar 178,1 tona enib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı