Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Banklar Assosiasiyası və Mastercard Azərbaycan nümayəndələri arasında görüş keçirilib - BBN

Azərbaycan Banklar Assosiasiyası və Mastercard Azərbaycan nümayəndələri arasında görüş keçirilib

6 oktyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi ilə Mastercard Azerbaycan nümayəndələri arasında görüş keçirilib.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, Mastercard’ın Asiya Sakit okeanı, Avropa, Yaxın Şərq və Afrika (APEMEA) regionu üzrə Biznesin İnkişafı Departamentinin baş vitse-prezidenti Hüsnü Avşar Gürdal, eyni region üzrə Biznesin İnkişafı Departamentinin vitse-prezidenti Engin Yaşar, Mastercard’ın Türkiyə və Azərbaycan üzrə baş meneceri Onur Faydacı və Mastercard’ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov iştirak ediblər.

Müzakirələr zamanı nağdsız ödənişlərin inkişaf perspektivləri, ölkədə rəqəmsal ödənişlərin təşviqi və ABA ilə birgə həyata keçiriləcək layihələr əsas mövzu olub.

Tərəflər qarşılıqlı əməkdaşlıq imkanlarını, eləcə də ölkədə nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində atılacaq addımları qiymətləndiriblər. Görüş, Azərbaycanın ödəniş infrastrukturu sahəsində innovativ həllərin tətbiqini sürətləndirmək və bank sektorunda rəqəmsal transformasiyanı dəstəkləmək məqsədilə keçirilmişdir.

 

 

Related posts

“Azərpoçt”a yeni sədr təyin olundu, əvvəlki rəhbər vəzifədən ayrıldı

Qlobal şokların Azərbaycanda iqtisadi artıma təsiri

ABB-nin AI-nur və AI-khanı – 1 milyondan çox qarşılıqlı ünsiyyət, 3 yeni imkan!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı