Azərbaycan Banklar Assosiasiyası və “Raiffeisen Bank International” arasında görüş keçirilmişdir

20 oktyabr 2021- ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və “Raiffeisen Bank International” arasında görüş keçirilmişdir.

Görüşdə “Raiffeisen Bank International” nümayəndələri və Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Komplayns üzrə Ekspert Qrupu”, “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu” və “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun sədrləri və üzvləri iştirak etmişdir.

Görüş zamanı xarici auditdən istifadə etməklə Azərbaycanda müxbir bankların biznes komplayns üzrə dərin qiymətləndirilmələrinin yekun konsolidasiya edilmiş nəticələri də daxil olmaqla, RBI-nin cari biznes komplayns çərçivəsi, Azərbaycanda mövcud olan müxbir münasibətlərlə bağlı “Raiffeisen Bank International” tərəfindən atılacaq növbəti addımlar və komplayns qanunvericiliyinin və çərçivəsinin təkmilləşdirilməsi sahəsində cari, eləcə də planlaşdırılan təşəbbüslər barədə qarşılıqlı müzakirələr aparılmışdır.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı