Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupu Qazaxıstana səfər edib

22–24 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Assosiasiyanın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun Qazaxıstan Respublikasına səfəri baş tutmuşdur.

Səfərin məqsədi rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizənin daha təkmil formada təşkili, bu sahədə beynəlxalq trendlər və qabaqcıl təcrübələrin öyrənilməsi olmuşdur.

Görüşlər zamanı nümayəndə heyəti Qazaxıstan Respublikasının Milli Bankı, Maliyyəçilər Assosiasiyası, Qazaxıstanın Halyk  Bankı, Bank RBK, Bank HomeCredit, Kaspi Bank, Alatau City Bank, Qazaxıstan Fintex Assosiasiyası, eləcə də ödəniş ekosisteminin əsas iştirakçıları, o cümlədən “Visa Inc.” beynəlxalq ödəniş sistemi və fintex şirkətləri ilə bir araya gəlmişdir.

  • Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla yaxından tanış olmuşdur:
  • Bank səviyyəsində və koordinasiya olunmuş formada fırıldaqçılıqla mübarizə prinsipləri
  • Mərkəzləşdirilmiş məlumat bazalarının mövcudluğu və iş mexanizmi
  • Ödəniş ekosistemində rast gəlinən fırıldaqçılıq hallarına qarşı preventiv tədbirlər
  • Tənzimləyici qurumların rolu və funksiyaları
  • Risklərin idarə olunması üzrə tətbiq edilən ssenarilər
  • Əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər
  • Görüşlərdə geniş fikir mübadiləsi aparılmış, bankların və fintex şirkətlərinin qabaqcıl təcrübələri öyrənilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

 

Related posts

Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli İzləmə Sistemi hazırlanacaq

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Rəqəmsal texnologiyalar və müştəriyönümlü yanaşmalar bank sektorunda transformasiyanı sürətləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı