Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Almaniyada görüşlərə başlayıb

4 noyabr 2025-ci il Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Almaniyaya işgüzar səfəri çərçivəsində ilk görüşünü Almaniya Əmanət Bankları və Giro Assosiasiyası (Deutscher Sparkassen- und Giroverband – DSGV) ilə keçirib.

Görüş zamanı tərəflər bank sektorunda etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq prinsipləri, həmçinin ödəniş sistemləri və fırıldaqçılığın qarşısının alınması istiqamətində tətbiq olunan qabaqcıl təcrübələr barədə fikir mübadiləsi aparıblar.

ABA nümayəndə heyətinin Almaniyaya səfərinin əsas məqsədi bankçılıq sahəsində innovasiyalar, rəqəmsal maliyyə, kibertəhlükəsizlik və ödəniş sistemləri istiqamətlərində təcrübə mübadiləsini həyata keçirmək, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

Səfər çərçivəsində nümayəndə heyətinin Almaniyanın aparıcı maliyyə qurumları — Almaniya Banklar Assosiasiyası (Bundesverband deutscher Banken – BdB), Almaniya Federal Bankı (Deutsche Bundesbank), “BNY Mellon”, “Commerzbank”, “Akbank” və digər nüfuzlu maliyyə institutları ilə görüşləri də planlaşdırılır.

Related posts

ABŞ-ın büdcə kəsiri 600 milyard dolları keçib

Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi

Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı