Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan banklarının kreditləşmə üzrə rəhbərlərinin Türkiyədə təlimlərinə start verilib - BBN

Azərbaycan banklarının kreditləşmə üzrə rəhbərlərinin Türkiyədə təlimlərinə start verilib

14 noyabr 2022-ci ildə Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Türkiyə Banklar Birliyinin dəstəyi ilə bankların kreditləşmə üzrə rəhbər şəxslərinin, o cümlədən ABA-nın “Kredit işi Ekspert Qrupu” üzvlərinin, həm təlim, həm də Türkiyənin aparıcı bankları ilə təcrübə mübadiləsi məqsədi ilə İstanbula səfəri başlamışdır.

İlk gün ərzində ümumilikdə 44 nəfər olan iştirakçıların Halk Bankası, TEB, Ziraat Bank, Türk Eximbank və Agra Fintech-in rəhbər şəxsləri ilə görüşləri və əlaqədar təlimləri təşkil edilmiş, Türkiyə bank sektorunun qabaqcıl təcrübəsi haqqında onlara geniş məlumat və təlim verilmişdir.

Ümumilikdə, 5 tam gün davam etməsi planlaşdırılan səfər çərçivəsində iştirakçılaraTürkiyə bank sektorundakı korporativ və pərakəndə bankçılıqda yeniliklər, rəqəmsal kreditləşmə və satış üzrə yeni trendlər, kreditlərin sənədləşdirilməsi prosesi və effektivliyin artırılması yolları, burada elektron imzanın tətbiqi və rəqəmsallaşmanın təsirləri, “Agile” idarəetmədə kreditləşmə prosesi, Türkiyədə kənd təsərrüfatı krediti mexanizmi, banklarının kredit portfelinə nəzarət, kreditin analizi, “anderrayting” və digər mövzularda təlim və görüşlər keçiriləcəkdir.

Tədbir 18 noyabr 2022-ci il tarixində yekunlaşması planlaşdırılır.

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının (ABA) törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 240-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Related posts

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif!

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı