Bu ilin birinci yarısında Azərbaycanda kommersiya banklarının 1 ABŞ dolları üçün gündəlik orta alış məzənnəsi rəsmi məzənnədən 0,27%, satış məzənnəsi isə 0,13% fərqli olub.
BBN.az Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”na istinadən xəbər verir ki, banklar ABŞ dollarını orta hesabla 1,6954 manata alıb, 1,7022 manata satıblar. Beləliklə, hər 100 dolların alqı-satqısından banklar orta hesabla 68 qəpik gəlir əldə ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,2% azdır.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə kommersiya banklarının orta gündəlik alış məzənnəsi 1 ABŞ dolları üçün 1,6950 manat, satış məzənnəsi isə 1,7021 manat səviyyəsində idi.
Mütəxəssislərin fikrincə, marjanın azalması bazarda rəqabətin güclənməsi, eləcə də valyuta əməliyyatlarının strukturundakı dəyişikliklərlə əlaqədar ola bilər.