Daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar və ödənişlər azalıb

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 73 milyon 867 min manat sığorta haqqı yığılıb. 

BBN.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesablamalarımıza görə, bu, illik müqayisədə 1 milyon 176 min manat və ya 1,6% azdır. Ötən ilin yanvar-noyabr aylarında bu növ üzrə sığorta yığımlarının məbləği 75 milyon 43 min manat təşkil edib.

Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 610 min manat və ya 20,8% azalaraq 2 milyon 326 min manata enib.

Related posts

Unibank-da Yeni Təyinatlar

Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin

Azərbaycanda ödəniş kartlarının sayı 12%-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı