Azərbaycan Beynəlxalq Bankında “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvləri ilə görüş keçirilib

15 oktyabr 2025-ci il tarixində “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun üzvləri ilə görüş keçirilib.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş ofisində keçirilən növbəti görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının operatoru olduğu Banklararası Kart Mərkəzində avtorizasiya sorğuları, klirinq/hesablaşma üzrə tətbiq edilməsi təklif edilən xidmət haqları, habelə QR kodla aparılan ödəniş əməliyyatları üzrə tətbiq ediləcək xidmət haqlarının müzakirəsi keçirilmişdir.

Müzakirələr zamanı, tətbiq ediləcək xidmət haqlarının hesablanması metodologiyasının açıqlanması və normativ hüquqi sənədlərdə təsdiq edilməsi zərurəti qeyd edilmişdir.

Related posts

Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib – Foto

Maliyyə sektoru üçün mühüm beynəlxalq standartlara həsr olunmuş seminar keçirilib

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı