Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımında iştirak edəcək - BBN

Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımında iştirak edəcək

Prezident cənab İlham Əliyevin sərəncamı əsasında Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) kapital artımında Azərbaycan Respublikasının iştirakı ilə bağlı qərar qəbul olunub.

Sərəncama əsasən, ölkəmizin BYİB-də əlavə 505 səhmə abunə yazılması üçün müvafiq sənədlərin imzalanması səlahiyyəti maliyyə naziri Samir Şərifova və ədliyyə naziri Fikrət Məmmədova verilib.

Əlavə 505 səhmə sahib olmaqla ümumi səs paritetində Azərbaycan Respublikasının 0,13 faizlik səsvermə hüququnun qorunub saxlanılması təmin ediləcək. 

Qeyd edək ki, Azərbaycan Respublikası 1992-ci ildən üzv olduğu Dünya Bankı Qrupuna daxil olan BYİB-da ümumi dəyəri 286 milyon ABŞ dolları olan 2.371 (ümumi səs paritetinin 0,13 faizi) səhmə malikdir. 189 səhmdar ölkəyə məxsus dünyanın ən böyük inkişaf bankı olan BYİB orta gəlirli və kreditalma qabiliyyəti aşağı olan ölkələri kredit, zəmanət, riskin idarə edilməsi məhsulları və maliyyə məsləhətləri ilə təmin etməkdədir.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı