Azərbaycan Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumunda təmsil olunub

8-10 mart tarixlərində İndoneziyanın Bali adasında Asiya İnkişaf Bankının (AİB) ənənəvi “Dövlət Borcunun İdarə Edilməsi üzrə Asiya Regional Forumu” keçirilib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulovun rəhbərlik etdiyi heyətin də iştirak etdiyi forumda “Qlobal və regional iqtisadi perspektivlər”, “Yerli valyuta bazarlarında inkişaf”, “Dövlət borcunun idarə edilməsinə nəzarət və hesabat”, “Dövlət borcunun idarə edilməsi sahəsində informasiya kommunikasiya texnologiyalarının tətbiqi” və digər mövzular barədə geniş müzakirələr aparılıb.

Forum çərçivəsində “Dövlət borcunun idarə edilməsi üzrə məsul qurumların dəyişən vəzifə və səlahiyyətləri” mövzusunda təşkil olunan panel müzakirəsində çıxış edən Azər Mursaqulov Azərbaycanda dövlət borcu sahəsində əldə olunan son nailiyyətlər, o cümlədən, xarici dövlət borcunun daxili dövlət borcu ilə əvəzləşdirilməsi, dövlət borcunun idarə edilməsi üzrə Strategiyanın icrası barədə ətraflı məlumat verib.

Forumun təşkil edilməsində əsas məqsəd dövlət borcunun idarə edilməsi sahəsində üzv ölkələrin qabaqcıl təcrübələrini tədbir iştirakçıları ilə bölüşmək və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etməkdir.

Qeyd edək ki, adıçəkilən Forum əyani formatda sonuncu dəfə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və AİB-in birgə təşkilatçılığı ilə 2019-cu ilin may ayında Bakı şəhərində keçirilib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı