Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan "FOODEX Japan 2024" sərgisində iştirak edir - BBN

Azərbaycan “FOODEX Japan 2024” sərgisində iştirak edir

Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Yaponiyanın paytaxtı Tokio şəhərində “FOODEX Japan 2024” – 49-cu Beynəlxalq Qida və İçkilər Sərgisi işə başlayıb.

5-8 mart tarixlərində keçiriləcək sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın şirkətləri məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi altında təqdim edir. Belə ki, milli stenddə şərablar, meyvə şirələri, mineral sular, kürü, qənnadı məhsulları, qurudulmuş meyvələr, fındıq, zeytun yağları və digər məhsullar nümayiş olunur. Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici həmkarları ilə görüşlər keçirir, ixraca dair müzakirələr aparırlar.

Qeyd: Hər il təxminən 90 ölkədən 3 500-ə yaxın iştirakçı məhsullarını “FOODEX Japan 2024” sərgisində nümayiş etdirir.

Related posts

ABA DOST Agentliyinin təşkil etdiyi inklüziv məşğulluğa həsr olunmuş dəyirmi masada iştirak edib

Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı açıqlanıb

İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı