Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan gömrüyünün yeni İnkişaf Modeli hazırlanıb - Video - BBN

Azərbaycan gömrüyünün yeni İnkişaf Modeli hazırlanıb – Video

Dövlət Gömrük Komitəsi (DGK) yeni Gömrük İnkişaf Modelini hazırlayıb.

BBN.az xəbər verir ki, bu model özündə 7 əsas komponenti (İstiqamət, Novator, Keyfiyyət, İşgüzar, Şəffaf, Asan, Faydalı) əks etdirir.

Yeni Gömrük İnkişaf Modelinə görə, əsas məqsəd düzgün istiqamətdə hərəkət etmək, novator olmaq, keyfiyyətə diqqət yetirmək, işgüzar davranıb vətəndaşlar və biznes subyektləri üçün şəffaf, asan və faydalı gömrük həlləri ərsəyə gətirməkdir. Artıq yeni modelin mahiyyəti və məğzi vətəndaşlar və sahibkarlara əlçatan olması üçün müxtəlif ticarət və ictimai iaşə yerlərində yerləşdirlib.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar fonunda DGK-nın belə bir modelə keçməsi aparılan şəffaflaşma prosesinin tərkib hissəsi və islahatlara mühüm töhfə kimi qiymətləndirilir. Gömrük orqanlarında aparılan rəqəmsallaşma və şəffaflaşma prosesində indiyə qədər 10-a yaxın layihənin icrası tamamlanıb, bir o sayda da layihənin icrası davam edir və yaxud reallaşdırılması planlaşdırılır.

Related posts

SoftBank-dən nəhəng maliyyə addımı: OpenAI səhmləri qarşılığında 10 milyard dollarlıq kredit götürüldü!

Neft bazarında kəskin artım davam edir: İranın Hörmüz təşəbbüsü qiymətləri sərt şəkildə yuxarı qaldırır!

Mizuho Amerika bazarları üzrə “Top Picks” siyahısını yenilədi: Yüksək inam doğuran yeni səhm ideyaları açıqlandı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı