Azərbaycan-Gürcüstan iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə edilib

Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan enerji və nəqliyyat layihələri regional əməkdaşlığa mühüm töhfədir. Bu fikirlər İqtisadiyyat naziri Mikayıl Cabbarovun Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşündə səsləndirilib.

İqtisadiyyat naziri Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edib. Vurğulanıb ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan transmilli layihələrində fəal iştirak edir. Nazir iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri, birbaşa investisiyaların cəlb edilməsi sahəsində tərəfdaşlıq və digər məsələlərə dair fikirlərini bildirib, əlaqələrin genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb.

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin etibarlı tərəfdaş olduğunu, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, tranzit yükdaşımalar və logistika imkanlarının genişləndirilməsi, Gürcüstan və Azərbaycanda istehsal olunan mallara aksiz vergisinin bərabərləşdirilməsi, həmçinin birgə layihələrin icrası barədə fikir mübadiləsi aparılıb.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı