Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Hesablama Palatası və Özbəkistan Hesablama Palatası arasında Anlaşma Memorandumu imzalanıb - BBN

Azərbaycan Hesablama Palatası və Özbəkistan Hesablama Palatası arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistanın ali audit qurumları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Vüqar Gülməmmədovun rəhbərlik etdiyi Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti Özbəkistanda işgüzar səfərdədir. Səfər çərçivəsində onunla Mehriddin Abdullayev arasında rəsmi görüş keçirilib.

Görüş zamanı dövlət auditi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə iki qurum arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədə əsasən, tərəflər kənar dövlət auditi metodologiyası və prosedurları üzrə təcrübə mübadiləsi aparacaq, institusional potensialın gücləndirilməsi istiqamətində əməkdaşlıq edəcək, həmçinin əməkdaşların peşəkar inkişafı üçün birgə fəaliyyət həyata keçirəcəklər. Qeyd olunub ki, sənəd iki qurum arasında qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına, qabaqcıl audit təcrübələrinin paylaşılmasına və audit fəaliyyətinin keyfiyyətinin artırılmasına töhfə verəcək.

Görüş çərçivəsində hər iki qurumun nümayəndələri müxtəlif mövzular üzrə təqdimatlar edib və qarşılıqlı fikir mübadiləsi aparıblar. Azərbaycan tərəfi Palatanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq istiqamətləri, kənar dövlət maliyyə nəzarəti sahəsində görülən işlər və rəyvermə təcrübəsi barədə məlumat təqdim edib.

Özbəkistan tərəfi isə qurumda həyata keçirilən rəqəmsal transformasiya prosesi, məsafədən idarəetmə imkanları, dövlət büdcəsinin gəlir və xərclərinin auditi və monitorinq mexanizmləri, eləcə də audit fəaliyyətində Ali Audit Qurumlarının Beynəlxalq Standartlarının tətbiqi barədə təqdimatla çıxış edib.

Görüş qarşılıqlı müzakirələrlə davam edib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Özbəkistan Hesablama Palatasının Məsafədən İdarəetmə Mərkəzinin fəaliyyəti ilə də tanış olub.

Related posts

Pulunuzu artırmaq üçün fürsət: Əmanətiniz illik 12 % gəlir gətirsin!

Təhsilin İnkişafı Fondu auditor seçib

“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsində iştirak imkanları genişlənir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı