Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP-5 ölkəsi sırasında yer alıb - BBN

Azərbaycan internet xidmətləri üzrə dünyanın TOP-5 ölkəsi sırasında yer alıb

Dünya Bankının Business Ready (B-READY) 2025 hesabatında Azərbaycan kommunal xidmətlər sahəsi, xüsusilə internet xidmətləri üzrə yüksək nəticə ilə qiymətləndirilib.

BBN.az xəbər verir ki, hesabatda Azərbaycan internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb (31.05 xal ilə 5-ci yer).

Eyni zamanda, tənzimləyici keyfiyyət (30.83 xal ilə 17-ci yer) və idarəetmə-şəffaflıq göstəriciləri (29.17 xal ilə 27-ci yer) üzrə də ölkə ilk 30-luqda yer alıb.

Ümumilikdə, kommunal xidmətlər indikatoru üzrə Azərbaycan 83.05 xal ilə 25-ci mövqedə qərarlaşıb və bu nəticə ilə region ölkələrini qabaqlayıb.

Qeyd edək ki, kommunal xidmətlər sahəsində ölkəyə ən çox töhfə verən alt-indikator məhz internet xidmətləri olub.

Business Ready qiymətləndirməsi dövlət xidmətlərinin keyfiyyəti, tənzimləmə mühiti və əməliyyat effektivliyini ölçən beynəlxalq metodologiyaya əsaslanır və 2025-ci il hesabatında 101 ölkəni əhatə edir.

Related posts

Mərkəzi Bankda Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

AccessBank QSC ManageEngine Endpoint Central tenderi elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı