Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İKT üzrə məsul nazirlərinin 3-cü görüşündə təmsil olunub - BBN

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İKT üzrə məsul nazirlərinin 3-cü görüşündə təmsil olunub

3 iyul tarixində İranın Tehran şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə məsul nazirlərinin 3-cü görüşü keçirilib.

BBN.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə üzv dövlətlərdə sahə ilə bağlı tənzimləmə siyasətinin optimallaşdırılmasının, qanunvericilik və İKT üzrə çoxtərəfli müstəvidə əməkdaşlıq əlaqələrinin daha da intensivləşdirilməsinin inkişafı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Tədbirdə iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizdə kibertəhlükəsizlik, telekommunikasiya, peyk xidmətləri, eləcə də “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON (Gigabit Passive Optical Networks) texnologiyası ilə müasir genişzolaqlı şəbəkənin qurulması istiqamətində görülən işlər barədə iştirakçılara məlumat verib.

Görüşün sonunda birgə Tehran Bəyannaməsi qəbul edilib.

Qeyd edək ki, 1992-ci il noyabrın 28-də 7 ölkə – Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulub. Hazırda Təşkilatın 10 üzv ölkəsi var.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı