Azərbaycan iqtisadiyyatı 1%-ə yaxın böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 110,2 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6% azalıb, qeyri neft-qaz sektorunda isə 3,2% artıb.

ÜDM istehsalının 41,2 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 18,0 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 10856,0 manata bərabər olmuşdur.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı