Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb - BBN

Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycanda 95 milyard 229,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.

Ötən bir il ərzində iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 % azalıb, qeyri-neft-qaz sektorunda isə 2,9 % artım qeydə alınıb.

ÜDM istehsalının strukturunda sənayenin payı 34,2 %, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin payı 10,5 %, nəqliyyat və anbar təsərrüfatının payı 7 %, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunun payı 6,8 %, tikinti sektorunun payı 6,6 %, turistlərin yerləşdirilməsi və ictimai iaşənin payı 2,8 %, informasiya və rabitə sahələrinin payı isə 1,8 % təşkil edib. Digər sahələrin payı 20,7 %, məhsula və idxala xalis vergilərin payı isə 9,6 % olub.

Hesabat dövründə əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 9 300 manat təşkil edib.

Mənbə: Report.az

Related posts

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyası davam edir

100 şagirdin məktəb çantasını birlikdə hazırlayaq: “Onu oxut” ianə aksiyası başladı

ABB-dən daşınmaz əmlak bazarı ilə bağlı mühüm araşdırma

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı