Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ilə İsrailin regional əməkdaşlıq naziri David Amsalemin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Görüşdə iki ölkə münasibətlərində enerji sahəsində, o cümlədən karbohidrogen sektorunda əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda, neft təchizatı, neft-kimya məhsullarının ticarəti və daunstrim layihələrində uzunillik əməkdaşlıq əlaqələri qeyd edilib, perspektivlər nəzərdən keçirilib.

Həmçinin Azərbaycanın hazırda ölkənin enerji balansında bərpa olunan enerjinin payının artırılmasına, bu enerji növünün də regionlararası “yaşıl enerji dəhliz”lərinin yaradılması ilə tədarükünə yönəlmiş layihələrindən danışılıb. “Yaşıl enerji”, eləcə də digər perspektivli sahələrdə əlaqələrin inkişafı üçün imkanlar dəyərləndirilib, dövlət-özəl sektorunun bu prosesə cəlbinin əhəmiyyətindən bəhs edilib.c

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı