Azərbaycan KOB-larının ticarət əməliyyatlarının maliyyələşdirilməsinə dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya İxrac Mərkəzinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyev arasında görüş keçirilib.

Görüşdə ikitərəfli biznes tərəfdaşlığı çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin xarici bazarlara çıxışına dəstək imkanlarının genişləndirilməsi müzakirə edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verərək, pandemiya dövründə KOB-ların ticarət əməliyyatlarının maliyyələşdirilməsinin əhəmiyyətini qeyd edib.

N.Quliyev Rusiya İxrac Mərkəzinin qrupuna daxil olan maliyyə institutlarının xarici şirkətlərə maliyyə dəstəyi barədə məlumat verərək, Azərbaycan KOB-larının da bu dəstəkdən yararlana biləcəyini vurğulayıb.

Görüşün nəticəsində mövcud imkanlar çərçivəsində KOB-lar üçün dəstək mexanizmlərinin tətbiqi istiqamətlərinin nəzərdən keçirilməsi barədə razılığa gəlinib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı