Azərbaycan komandası Startaplar üzrə Dünya Çempionatının qalibi oldu

“Miniboss Business School Baku”nun tələbələri Qlazqoda keçirilən Startaplar üzrə Dünya Çempionatında 20-dən çox ölkənin komandası arasında birinci olub.

“Miniboss Business School Baku”nun tələbələri 16-20 iyul tarixlərində Şotlandiyanın Qlazqo şəhərində 6-16 yaş arası uşaqlar və yeniyetmələr arasında keçirilən Startaplar üzrə Dünya Çempionatının qalibi olub.

20-dən çox ölkənin iştirak etdiyi tədbirdə ən yüksək nəticə göstərərək finala çıxan “Econotes” komandası innovativlik, mənfəətlilik, layihənin əhatə dairəsi, mediada işıqlandırma, münsiflər heyətinin suallarını cavablandırma meyarları üzrə digər komandaları geridə qoyaraq birinci olub.

Qeyd edək ki, “Econotes” komandası cari ildə “Miniboss Business School Baku”nun təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilmiş Milli Startap Çempionatının da qalibidir.

Related posts

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı