Azərbaycan konteyner yüklənməsində ən yüksək artım göstərən ölkələr sırasında yer alıb

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun (BNF) statistik bülletenində təhlil aparılan 22 ölkə arasında konteyner yüklənməsi göstəricilərinə görə ikinci ən yüksək artım tempini (150 %) nümayiş etdirib.

BBN.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, BNF tərəfindən 2014–2024-cü illəri əhatə edən qlobal nəqliyyat tendensiyalarının müqayisəli təhlilinə dair statistik bülleten dərc olunub. Hesabatda Azərbaycan BNF-nin hazırkı sədr ölkəsi kimi xüsusi bölmədə təqdim edilib.

Qeyd olunub ki, son 10 ildə Azərbaycanın nəqliyyat göstəricilərində müsbət dinamika müşahidə olunub. Xüsusilə dəniz nəqliyyatı ilə yükdaşımalar üzrə əhəmiyyətli artım qeydə alınıb. 2014–2024-cü illər dövrü qlobal konteyner daşımaları üçün yüksəliş mərhələsi kimi xarakterizə edilib.

Hesabatda yol təhlükəsizliyi ilə bağlı statistik göstəricilər də əksini tapıb. Digər ölkələrdə yol-nəqliyyat hadisələri zamanı ölüm halları əsasən sabit qaldığı halda, Azərbaycan üzrə müsbət dinamika qeydə alınıb. Belə ki, 2024-cü ildə yol-nəqliyyat hadisələrinin sayı 2014-cü illə müqayisədə 46 %, bu qəzalar nəticəsində həlak olanların sayı isə 32 % azalıb.

Statistik bülletendə yer alan məlumatlar son illər Azərbaycanda nəqliyyat sahəsində aparılan genişmiqyaslı islahatları əks etdirir. Yol təhlükəsizliyinin gücləndirilməsi, dəniz limanları üzrə göstəricilərin artması və ölkənin qlobal nəqliyyat şəbəkəsində rolunun möhkəmlənməsi bu transformasiyanın əsas nəticələri kimi qiymətləndirilir.

Related posts

Azərbaycanda metroda sərnişin daşınması azalıb

Metroda bank kartları ilə ödənişə başlanılıb

IMF: Enerji və ticarət dəhlizlərinin inkişafı Azərbaycan üçün yeni imkanlar yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı