Azərbaycan könüllülərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının 100-dən çox könüllüsünün iştirakı ilə Müşfiqabad qəsəbəsində zeytun, sərv və Eldar şamı ağacları əkilib.
Aksiyanın keçirilməsində məqsəd Dubay şəhərində keçirilən İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransına (COP28) ağacəkmə tədbirləri ilə töhfə verməkdir.
Ölkə ərazisində ağacəkmə aksiyalarının keçirilməsi bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması və ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində atılan mühüm addımlardandır.

Related posts

DSMF-nin xərcləri 14 faiz və ya 410 mln. manat artaraq 3 mlrd. 419 mln. manat təşkil edib

edvgerial.az portalında 3 milyona yaxın istifadəçi qeydə alınıb

Astara və Masallıda “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı ictimai dinləmələr keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı