Azərbaycan məhsulları beynəlxalq sərgidə

Avqustun 25-də Çin Xalq Respublikasının Urumçi şəhərində Çin-Avrasiya Sərgisi öz işinə başlayıb. Koronavirus pandemiyası ilə əlaqədar olaraq, bu il onlayn formatda keçirilən sərgidə ölkəmiz “fəxri qonaq” statusunda iştirak edir.

Tədbirdə ölkəmizin Çindəki ticarət nümayəndəsinin Aparatının təşkilatçılığı ilə vahid ölkə stendində 25 Azərbaycan şirkəti 200-dən çox çeşiddə məhsulla təmsil olunur. Sərgidə qida və kənd təsərrüfatı məhsulları ilə yanaşı, xalçalarımız da nümayiş edilir, ölkəmizin biznes və investisiya mühiti, tranzit-nəqliyyat potensialı və turizm imkanları təqdim olunur.

Sərgi avqustun 29-dək davam edəcək.

Tədbir çərçivəsində onlayn forum və ikitərəfli görüşlər keçiriləcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı