Azərbaycan məhsulları Çində nümayiş olunur

Çin Xalq Respublikasının Çendu şəhərində “China Food and Drinks Fair and TAOWINE Hotel Show” sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə sərgidə şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 10-dan çox Azərbaycan şirkəti öz məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Tədbir çərçivəsində Azərbaycan şərablarının dequstasiyası keçirilir, sərgi iştirakçıları Azərbaycan şərablarının dadını və keyfiyyətini yüksək qiymətləndirirlər.

Qeyd edək ki, sərgi aprelin 9-dək davam edəcək.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı