Azərbaycan məhsulları Qətərə ixrac olunur

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycanın “İDEA” şirkəti və Qətərin daşınmaz əmlak sektorunda aparıcı şirkətlərindən olan “Halul Group Real Estate” şirkəti arasında 2020-ci lin iyulunda ixraca dair müqavilə imzalanıb.

Müqaviləyə uyğun olaraq, “İDEA” şirkəti Qətərdə tezliklə istifadə verilməsi planlaşdırılan “Doha Oasis” layihəsi üçün yerli memarlarımız tərəfindən müasir uslubda dizayn olunaraq hazırlanan ekotullantı qutuları və skamyalar ixrac edib.

“Doha Oasis” Qətər Dövlətinin paytaxtı Doha şəhərində yerləşən Müşeyreb rayonunun mərkəzində nadir və yüksək səviyyəli çoxfunksiyalı kompleksdir.

Qeyd edək ki, 2014-cü ildən ixraca başlayan “İDEA” şirkəti indiyədək  Rusiya, Qazaxıstan, İrlandiya və Qətərə məhsul ixrac edib.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı