Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb - BBN

Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını açıqlayıb

Azərbaycan Mərkəzi Bankı 2026-cı il üzrə sistem əhəmiyyətli bankların siyahısını təsdiqləyib.

Siyahıya Azərbaycan Beynəlxalq Bankı ASC, Kapital Bank ASC, PAŞA Bank ASC, Bank Respublika ASCUnibank KB ASC daxildir.

Sistem əhəmiyyətli banklar ölkənin maliyyə sabitliyi üçün xüsusi əhəmiyyət daşıyan, mümkün problemi bütün bank sisteminə təsir göstərə biləcək kredit təşkilatları hesab olunur. Bu banklar Mərkəzi Bank tərəfindən müəyyən edilmiş xüsusi meyarlar əsasında qiymətləndirilir.

Qiymətləndirmə dörd əsas istiqaməti əhatə edir: ölçü, qarşılıqlı bağlılıq, əvəzolunmazlıq və mürəkkəblik.

  • Ölçü meyarı üzrə bankın cəmi aktivləri və depozit portfeli nəzərə alınır.

  • Qarşılıqlı bağlılıq bankın digər maliyyə institutları ilə öhdəlik və tələblərini əhatə edir.

  • Əvəzolunmazlıq meyarında ödəniş əməliyyatlarının həcmi (o cümlədən AZİPS üzərindən aparılan əməliyyatlar), əmanətçi və müştəri sayı, həmçinin filial və POS şəbəkəsi qiymətləndirilir.

  • Mürəkkəblik isə törəmə alətlər və ticarət məqsədli qiymətli kağızların həcmi ilə ölçülür.

Hesablanmış indeks 420 baza bəndi və ya daha yüksək olduqda bank sistem əhəmiyyətli hesab olunur.

Qeyd edək ki, sistem əhəmiyyətli bankların siyahısı hər il martın 1-dək Mərkəzi Bank tərəfindən təsdiqlənir və rəsmi qaydada elan edilir.

Related posts

Azərbaycanda yanvarda dövlət xətti ilə 17 milyon manatdan çox ipoteka krediti verilib

Azərbaycanda problemli kreditlərin məbləği 17 %-dən çox artıb

Azərbaycanın bank sektorunun aktivləri 7 %-dən çox artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı