Azərbaycan Mərkəzi Bankı 3 BOKT-u və onların vəzifəli şəxslərini cərimə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) “City Finance” və “İdeal Kredit” MMC-lər, eləcə də “Embafinans” QSC bank olmayan kredit təşkilatlarını (BOKT) və onların vəzifəli şəxslərini ümumilikdə 66,5 min manat cərimə edib.

BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, maliyyə sanksiyası qurumun apardığı kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq tətbiq olunub.

AMB-nin təqdimatı əsasında Xətai Rayon Məhkəməsinin qərarı ilə “City Finance” 20 min manat, onun vəzifəli şəxsi 2 min manat, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “İdeal Kredit” 20 min manat, onun vəzifəli şəxsi 2,5 min manat, Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Embafinans” 20 min manat, onun vəzifəli şəxsi 2 min manat cərimələnib

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Növbəti valyuta hərracı keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı