Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı: Apreldə ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard manatı ötüb - BBN

Azərbaycan Mərkəzi Bankı: Apreldə ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard manatı ötüb

2026-cı ilin aprel ayında Azərbaycanda ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 94 milyon manat təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, bu ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb.

Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 969 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 123 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə aparılan nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil edib.

Bundan əlavə, banklar və Azərpoçt MMC-nin ödəniş xidməti şəbəkələri üzrə də artım müşahidə olunub. Belə ki, ötən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayı 6%, POS-terminalların sayı isə 24% artıb.

Related posts

Azərbaycan Mərkəzi Bankı-nın Data departamentinə yeni direktor təyin olunub

Azərbaycan Mərkəzi Bankı: Dövriyyədə olan ödəniş kartlarının sayı 22.5 milyonu keçib

Azərbaycan Mərkəzi Bankı: Apreldə banklara sürətli köçürmə sistemləri ilə 146.6 milyon manat daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı