Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı: Azərbaycanda daşınmaz əmlakların cəmi 8-10 %-i sığortalanıb - BBN

Azərbaycan Mərkəzi Bankı: Azərbaycanda daşınmaz əmlakların cəmi 8-10 %-i sığortalanıb

Azərbaycanda daşınmaz əmlakların yalnız 8-10 %-i sığortalıdır.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov ATV-nin “İqtisadi zona” verilişində bildirib.

Onun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq, ölkədə daşınmaz əmlakın sığortalanma səviyyəsini ciddi şəkildə artırmaq hələ mümkün olmayıb.

AMB rəsmisi hesab edir ki, əmlak sığortasına marağın zəif olmasının əsas səbəblərindən biri Azərbaycanda bu sahədə risklərin yüksək olmamasıdır.

“Adətən sığorta hadisələrinin, xüsusilə katastrofik hadisələrin tez-tez baş verdiyi ölkələrdə daşınmaz əmlakın sığortasına maraq artır. Çünki insanlar sığortaya daha çox ehtiyac duyurlar”, – deyə V.Qurbanov qeyd edib.

O, həmçinin daşınmaz əmlak üzrə sığorta məbləğlərinin artırılmasının planlaşdırıldığını da xatırladıb.

V.Qurbanov bildirib ki, hazırda sığorta məbləği əmlakın yerləşdiyi əraziyə əsasən müəyyən edilir və bu, sığorta şirkətinin üzərinə götürdüyü maksimum öhdəliyi ifadə edir.

Onun sözlərinə görə, məsələn, dəyəri 50 min manat olan mənzil üçün Bakıda maksimum sığorta ödənişi 25 min manat təşkil edir. Yəni mənzilə zərər dəydikdə sığorta şirkəti yalnız həmin məbləğ həcmində öhdəlik daşıyır.

AMB rəsmisi qeyd edib ki, yeni dəyişikliklər çərçivəsində sığorta məbləğlərinin artırılması nəzərdə tutulur. Belə ki, yaşayış sahələrinin və mənzillərin dəyəri artıq yerləşdiyi əraziyə görə deyil, 1 kvadratmetrin bazar qiyməti əsasında müəyyən ediləcək.

“Məqsəd əmlakın real dəyərinə daha yaxın səviyyədə sığortalanmasını təmin etməkdir. Bu, ilk konseptual və strateji dəyişiklikdir”, – deyə o əlavə edib.

Related posts

Azərbaycan Mərkəzi Bankı: Azərbaycanda dollarlaşma zəifləyir, bazarda valyuta təklifi artır

Azərbaycan Mərkəzi Bankı: Fövqəladə hallarda sığorta ödənişləri 7 günə veriləcək

S&P Global: ABB-nin “Davr-Bank”ı alması bankın reytinqini yüksəldə bilər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı