Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı: Bankların depozitlər üzrə faiz xərcləri 235 milyon manatı keçib - BBN

Azərbaycan Mərkəzi Bankı: Bankların depozitlər üzrə faiz xərcləri 235 milyon manatı keçib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 235 milyon manat təşkil edib.

BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumat yayılıb.

Məlumata görə, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 18,9% və ya 37,4 milyon manat artıb. Belə ki, 2025-ci ilin yanvar-fevral aylarında bu göstərici 197,6 milyon manat olub.

Qeyd edək ki, cari ilin mart ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi (maliyyə institutları istisna olmaqla) illik müqayisədə 1,4% və ya 546,4 milyon manat azalaraq 37 milyard 290,7 milyon manat təşkil edib.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 886,7 milyon manat faiz gəliri əldə edib.

Related posts

PASHA Holding-də yeni təyinat olub

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı iki bankı cərimələdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı