Azərbaycan Mərkəzi Bankı (AMB) iki kommersiya bankına qarşı inzibati tədbir tətbiq edib.
BBN.az xəbər verir ki, bu barədə Banker.az-ın yaydığı məlumatda bildirilir.
Məlumata görə, Kapital Bank ASC və AFB Bank ASC prudensial hesabatların tərtibi və təqdim olunması qaydalarının tələblərini pozduqlarına görə cərimələniblər.
Belə ki, “Kapital Bank” ASC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən 1 500 manat məbləğində cərimə olunub.
Eyni səbəbdən “AFB Bank” ASC-nin vəzifəli şəxsi isə 2 000 manat məbləğində cərimələnib.
Qeyd olunub ki, hesabatlıq forması üzrə yol verilmiş pozuntular bankların maliyyə dayanıqlılığına təhdid yaratmır.