Azərbaycan Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayıb

03 may 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanıb. Uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılıb. Bu qərar daxili və xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilmişdir.

AMB-dən qeyd edilib ki, bu qərar 4 may 2023-cü il tarixindən qüvvəyə minir.

Xatırladaq ki, martın 30-dan Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,5%-dən 8,75%-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,5%-dən 7%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5%-dən 9,75%-ə çatdırılıb.

Əlavə edək ki, pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il iyun ayının 21-də açıqlanacaq.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı