Azərbaycan Mərkəzi Bankı təcrübə proqramına start verir

Azərbaycanın yüksək potensiallı gənclərini Mərkəzi Bankçılıq ilə yaxından tanış etmək, işə hazırlıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyəçisən” təcrübə poqramını həyata keçirir. Təcrübə proqramı çərçivəsində gənclər seçilən istiqamət üzrə peşəkarlardan öyrənməklə yanaşı səriştə və bacarıqlarının artırılması üçün müxtəlif bankdaxili təlimlərə cəlb olunur.

Proqramın müddət: 2 ay (İyul və Avqust ayları)

İştirak: Həftənin 5 günü

Ödəniş: Gündəlik yol və yemək xərclərini ödəyə biləcək məbləğdə təqaüd

Təcrübə proqramı hansı istiqamətləri əhatə edir?

“Maliyyəçisən” təcrübə proqramının 2023-cü il buraxılışı aşağıda qeyd olunan departamentləri əhatə edəcək:

• Pul siyasəti

• Tədqiqatlar

• Statistika

• Valyuta ehtiyatlarının idarə edilməsi

• Maliyyə bazarlarında əməliyyatlar

• Maliyyə sabitliyi

• Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət

• Sığorta fəaliyyətinə dair siyasət və nəzarət

• Nağd Pul

• Valyuta ehtiyatlarının idarə edilməsi

• Maliyyə bazarlarında əməliyyatlar

• Maliyyə sabitliyi

• Beynəlxalq əməkdaşlıq və kommunikasiya

• İnformasiya texnologiyaları

• Hüquq

• İnsan Resursları

Kimlər müraciət edə bilər?

Təcrübə proqramına bakalavr və magistraturada təhsil alan tələbələr və məzunlar (2022-ci il və 2023-cü il) müraciət edə bilər.

Seçim mərhələləri hansılardır?

• Müraciətlərin qəbulu və ilkin skrininq

• Test və qrup müsahibəsi

• Panel müsahibəsi

Qeyd: Tələbənin (və ya məzunun) müraciəti bir neçə istiqamət üzrə uyğun olarsa müsahibələrin sayı dəyişə bilər.

Müraciət üçün son tarix hansıdır?

Maliyyəçisən təcrübə proqramına müraciət üçün son tarix 25 Aprel 2023-cü ildir.

Ətraflı məlumat üçün: https://lnkd.in/ev4Z5a4v

Related posts

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bank of Baku-da yeni təyinat

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı