Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı: Unikal əmanətçilərin sayı 81,3% artıb - BBN

Azərbaycan Mərkəzi Bankı: Unikal əmanətçilərin sayı 81,3% artıb

2025-ci ilin yekununa görə Azərbaycanda təxminən 194 min unikal bank əmanətçisi qeydə alınıb. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 81,3% çoxdur.

BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, il ərzində müddətli depozitlərin artımı da sürətlənib. Belə ki, 2024-cü ildə artım 1,8 milyard manat təşkil etdiyi halda, 2025-ci ildə bu rəqəm 2,3 milyard manata yüksəlib.

“Bu, bank sektoruna inamın güclənməsi və sektorun əhalini daha çox cəlb etməsinin göstəricisidir”, – deyə sədr qeyd edib.

T. Kazımov həmçinin Azərbaycanda əmanətlərin sığortalanması faizinin yeni metodologiya ilə müəyyən edilməsinə də münasibət bildirib. O vurğulayıb ki, bu yanaşma AMB-nin təşəbbüsü və Əmanətlərin Sığortalanması Fondu ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib.

“İstəyimiz şəffaf və hamının başa düşdüyü qayda formalaşdırmaq idi. Çünki əvvəllər sığortalanma faizinin niyə 12% olması sual doğururdu. Biz bunu qayda şəklinə saldıq ki, faiz dəyişirsə, bunun səbəbi hamıya aydın olsun”, – deyə AMB sədri əlavə edib.

Related posts

Fitch: İslam maliyyəsinin Azərbaycan banklarının fondlaşdırma modelinə təsiri yaxın dövrdə məhdud olacaq

Bu il ipoteka krediti üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb

Sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı