Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankı: Unikal əmanətçilərin sayı 81,3% artıb - BBN

Azərbaycan Mərkəzi Bankı: Unikal əmanətçilərin sayı 81,3% artıb

2025-ci ilin yekununa görə Azərbaycanda təxminən 194 min unikal bank əmanətçisi qeydə alınıb. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 81,3% çoxdur.

BBN.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, il ərzində müddətli depozitlərin artımı da sürətlənib. Belə ki, 2024-cü ildə artım 1,8 milyard manat təşkil etdiyi halda, 2025-ci ildə bu rəqəm 2,3 milyard manata yüksəlib.

“Bu, bank sektoruna inamın güclənməsi və sektorun əhalini daha çox cəlb etməsinin göstəricisidir”, – deyə sədr qeyd edib.

T. Kazımov həmçinin Azərbaycanda əmanətlərin sığortalanması faizinin yeni metodologiya ilə müəyyən edilməsinə də münasibət bildirib. O vurğulayıb ki, bu yanaşma AMB-nin təşəbbüsü və Əmanətlərin Sığortalanması Fondu ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilib.

“İstəyimiz şəffaf və hamının başa düşdüyü qayda formalaşdırmaq idi. Çünki əvvəllər sığortalanma faizinin niyə 12% olması sual doğururdu. Biz bunu qayda şəklinə saldıq ki, faiz dəyişirsə, bunun səbəbi hamıya aydın olsun”, – deyə AMB sədri əlavə edib.

Related posts

ABİF əməkdaşlar və avtomobillər üçün sığorta üzrə tenderlər elan edib

BSTDB Azərbaycana ayırdığı vəsaiti 701,6 milyon avroya çatdırıb

Nazirlər Kabineti fərdi istilik sistemlərinə icazə verilən halları müəyyənləşdirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı