Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının arasında tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ölkədə BMK-nin dəstəyi ilə icra olunan təşəbbüslər, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, eləcə də təşkilatın Azərbaycanın iqtisadi dayanıqlılığının artırılmasına töhfə verəcək gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Mərkəzi Bank və BMK arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub və tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Related posts

İndoneziya və Azərbaycan arasında dövlət xidmətləri üzrə Simpozium keçirilib

ADY-nin aktivləri 4,46 milyard manatı ötüb – maliyyə göstəriciləri açıqlanıb

Mərkəzi Bankın nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı