Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 34 milyard 836,486 milyon manat təşkil edib.
BBN.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 4,6 % azdır.
AMB-nin aktivlərinin 28 milyard 782,795 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 11,5 % çox), 3 milyard 957,374 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (2,2 dəfə az), 1 milyard 101,087 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (2,5 % az) təşkil edib.
2025-ci ildə AMB-nin öhdəlikləri 5,4 % azalaraq 32 milyard 675,616 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 12,1 % artaraq 19 milyard 563,427 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 17,5 % azalaraq 5 milyard 167,117 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 2,3 dəfə artaraq 3 milyard 425,07 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 5,5 % artaraq 1 milyard 240,171 milyon manat olub.
İl ərzində qurumun balans kapitalı 8,2 % artaraq 2 milyard 160,87 milyon manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.