Azərbaycan Mərkəzi Bankının sədri Milli Məclisin bugünkü plenar iclasında çıxış edib

“Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ticarət tərəfdaşlarındakı inflyasiya ölkədə qiymət artımına 6,1 faiz bəndi artırıcı təsir göstərib”.

BBN.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.

Bununla belə, onun sözlərinə görə, 2024-cü ilin ötən dövründə illik inflyasiya hədəf daxilində olub.

“Bu ilin oktyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 103,4% təşkil edib. Apardığımız təhlillər göstərir ki, bu göstərici həm xarici amillərdən, həm də ölkədə həyata keçirilən antiinflyasiya tədbirlərindən təsirlənib. O cümlədən, manatın nominal effektiv məzənnəsinin artması inflyasiya 3,1 faiz bəndi azaldıcı təsir göstərib. Xarici amillərin birbaşa xalis təsiri isə 3 faiz bəndi artırıcı olub. Bu ilin sonuna illik inflyasiyanın 5,1% olacağını gözləyirik. İyul proqnozumuz 5,4% olmuşdu. İnflyasiya proqnozundakı dəyişiklik ticarət tərəfdaşlarımızdakı inflyasiyanın daha aşağı olacağı ilə bağlıdır”, – deyə sədr qeyd edib.

Taleh Kazımov çıxışında qeyd edib ki, bu ilin əvvəlindən Azərbaycanda aylıq depozit gəlirlərinin 200 manata qədər hissəsinin vergidən azad edilməsi kiçikməbləğli və uzunmüddətli əmanətlərin sayını artırıb.

Onun sözlərinə görə yanvar-sentyabr aylarında milli valyutada 30 min manata qədər əmanətlərin sayı 36% artıb, müddəti 1 ildən çox əmanətlərin xüsusi çəkisi isə 48,8%-dən 56%-ə çatıb. Həm qeyd edilən dəyişiklik, həm də pul siyasəti sahəsində aparılan islahatlar bank sektoruna olan inama müsbət təsir edib”.

Bundan başqa, sədr deyib ki, bu il də əhalinin və biznesin maliyyəyə çıxış imkanlarının artırılması xüsusi diqqətdə saxlanılıb: “10 ayda bank sektorunun kredit portfeli 16,8 %, o cümlədən biznes krediti portfeli 25,9 % artıb. Hazırda biznes kreditlərinin ümumi kreditlərdə payı 54 %-i üstələyir”.

Report

Related posts

Xüsusi tənzimləmə rejimində iştirakın üstünlükləri

Xalq Bankdan hüquqi şəxslər üçün sərfəli avtokredit

“Pərakəndə bankçılıq və kredit sığortası məhsulları üzrə Ekspert Qrupu”nun ilk onlayn iclası keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı