Azərbaycan-Macarıstan iqtisadi əlaqələri genişlənir

Vətən müharibəsi zamanı Macarıstanın Azərbaycana açıq dəstəyini nümayiş etdirməsi və müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir.

Bunu Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan,  Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə vurğulayıb.

Görüşdə ölkəmizin işğaldan azad edilmiş ərazilərində bərpa və yenidənqurma işlərinə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ı tərəfindən 100 mln. dollar kredit xətti ayrıldığı qeyd edilib. Həmin ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırdığı bildirilib.

Birgə Komissiyanın fəaliyyətinin nəticələri təhlil edilib. İki ölkənin ticarət dövriyyəsinin 2020-ci ildə daha 9% artmasının müsbət dinamikanın təzahürü olduğu vurğulanıb. Dövlət başçıları tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin uğurlu nəticələrindən bəhs olunub. Ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes forumların, işgüzar görüşlərin, Budapeştdə Azərbaycan Evinin açılmasının da iqtisadi əlaqələrin inkişafında önəmi diqqətə çatdırılıb.

Enerji, nəqliyyat və turizm, kənd təsərrüfatı, təhsil və s. sahələrdə əlaqələrin, qarşılıqlı investisiyaların mövcud vəziyyəti və  gələcək perspektivləri müzakirə olunub.

Related posts

ISSA-nın təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib

Nazir müavini Vüsal Nəsirli Şabran rayonunda vətəndaşları qəbul edib

Sosial Xidmətlər Agentliyi tərəfindən bu il 500-dən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı