Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
BBN.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,19ABŞ dolları və ya 0,26% artaraq 73,85 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin öncəki qiyməti 73,66 dollar təşkil edib.