Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Fitch Ratings-in Avrozona üzrə analizi - BBN

Fitch Ratings-in Avrozona üzrə analizi

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings, artan real əmək haqqının istehlak xərclərini dəstəklədiyi üçün Avrozonada artımın yavaş-yavaş bərpa olunduğunu bildirdi.

BBN.az Fitch Ratings-in verdiyi açıqlamasına istinadən xəbər verir ki, Avro Bölgəsində ümumi daxili məhsulun (ÜDM) ilin üçüncü rübündə illik bazda 0,9 faiz artıb və bu sürətin 2023-cü ilin ikinci rübdən bəri ən sürətli illik artım tempidir.

Açıqlamada ilin üçüncü rübündə Fransada istehlak artımının rüblük bazda  0,5 faiz, İspaniyada isə 1,1 faiz artdığı, Almaniyada isə istehlakın ikinci rübdə azalmanın ardınca üçüncü rübdə artdığı qeyd edilib.

Açıqlamada, Avro Bölgəsində əsas inflyasiyanın illik 2 faizə düşdüyü və nominal əmək haqqı artımının illik 4 faizin üzərində qaldığı və bu birləşmənin real maaşlarda kəskin artımla nəticələndiyi bildirilib.

Digər tərəfdən, açıqlamada Avrozona artımının üçüncü rübdə ABŞ-dan çox geridə qalmağa davam etdiyi vurğulanıb.

Related posts

Tramp İrana qarşı yeni sanksiyalar elan etdi – neft bahalaşır

Tramp İrana qarşı “dağıdıcı iqtisadi əməliyyat” həyata keçirdiyini bəyan etdi

SOCAR-ın borc öhdəlikləri 3 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı