Azərbaycan nefti ötən həftə 2,5 dollar bahalaşıb

Ötən həftə ərzində (16-20 oktyabr) dünya bazarlarında “Azeri Light” (CIF) markalı neftin 1 barrelinin orta qiyməti 95,818 dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 2,51 dollar və ya 2,69% çoxdur.

BBN.az-ın məlumatına görə həftə ərzində ən yüksək göstərici (V gün) – 97,68 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 94,28 dollar səviyyəsində olub.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barrelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” nefti 44,6% bahalaşıb.

Related posts

Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

ABA eksperti Eltəkin Rəhimov 60 illik yubileyi münasibətilə təbrik edilib

Yelo Bank dəftərxana və təsərrüfat mallarının alışına dair texniki tender elan edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı