Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barrelinin qiyməti 0,95 ABŞ dolları, yaxud 1,09% azalaraq 86,32 ABŞ dolları təşkil edib.

BBN.az verir ki, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 82,08 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Related posts

ABŞ-nin Beynəlxalq Ticarət Administrasiyasının nümayəndəsi ilə görüş keçirilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüşüb

ABA-nın “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı